Qardabanidə aksiya iştirakçıları 7-ci sinif şagirdinə qarşı zorakılıq törədən və bunu təsvir edən videonu sosial şəbəkədə yayımlayan şagirdlərin məktəbdən çıxarılmasını tələb edirlər
Qardabanidə ictimai məktəblərdən birinin qarşısında valideynlərin etiraz aksiyası gedir. Aksiya iştirakçıları 7-ci sinif şagirdinə qarşı zorakılıq törədən və bunu təsvir edən videonu sosial şəbəkədə yayımlayan üç nəfər şagirdin məktəbdən çıxarılmasını tələb edirlər.

Zərərçəkənin anasının dediyinə görə, onun övladı döyülüb və videoda dediklərini söyləmək üçün onu məcbur ediblər.

“Polis özü mənə müraciət etdi, Tbilisiyə getmişdik. Söz verirlər ki, hər şey yaxşı olacaq, amma artıq bir həftədir və hələ heçnə görmürəm. Uşaq döyülüb, onu məcbur ediblər ki, belə sözlər danışsın və sonra onu döyməyə davam ediblər”, - bildirir zorakılıq qurbanı olan uşaqğın valideyni “Rustavi 2” ilə söhbəti zamanı.

Aksiyanın daha bir iştirakçısının sözlərinə görə, valideynlər videonu çəkən yeniyetmələrin məktəbdən çıxarılmasını tələb edirlər.

“Tələb edirik ki, həmin uşaqlar burada olmamalıdır. Bu gün məktəbə gedirlər, guya heç nə etməyiblər. Yəqin bunların hamısı heç valideynlərinə də təsir etməyib və heç demirlər ki, belə işlər etməməlidirlər. Direktor gəlməyib, ailə ilə söhbət etməyiblər”, - bildirir aksiya iştirakçıları.

Daxili İşlər Nazirliyinin mərkəzi kriminal polis departameni sosial şəbəkədə 20 aprel tarixində yayımlanan video ilə bağlı Gürcüstan CM –nin 140 və 157-ci prima maddəsinin ikinci hissəsi ilə istintaqa başlayıb. Cəza 5-dən 8-ilə qədər azadlıqdan məhrum edilməni nəzərdə tutur.

Nazirliyin bəyənatında qeyd olunub ki, istintaqın indiki mərhələsində müəyyən edilib ki, qeyd olunan video Youtube-yə 2017-ci ilin sentyabr ayında yüklənib, ancaq sosial şəbəkədə cari ilin 20 aprelində yayımlanıb.

“Hüquq mühafizəçiləri, videoda qeydə alınan yeniyetməni müəyyən ediblər. Sosial şəbəkəyə yükləyən şəxs də müəyyən edilib və o, da yeniyetmədir. İstintaqın ilkin məlumatına görə, hər iki həddi-buluğa çatmamış şəxs məktəbin yeddi-səkkizinci sinif şagirdləridir.

Cinayətdə iştirak edən başqa şəxslərin müəyyən edilməsi məqsədi ilə aktiv şəkildə istintaq işləri gedir”, - deyilir bəyənatda.

Print Email
FaceBook Twitter Google