Temur Abazovun səlahiyyətləri 32 gün ərzində dayandırılarsa, Marneulidə növbədənkənar mer seçkiləri oktyabr ayında baş tutacaq
Seçki Məcəlləsinin 169-cu maddəsinə əsasən, merin səlahiyyətlərinin rəsmi olaraq dayandırılması və bu məlumatın
ictimailəşməsindən sonra mərkəzi Seçki Komissiyası növbədənkənar seçkilər təyin edir. Növbədənkənar seçkilər təyin olunandan 50 gün ərzində keçirilməlidir.

Qanunvericiliyə əsasən, növbədənkənar seçkilər may və yaxud oktyabr aylarında keçirilir. Əgər merin səlahiyyətləri 15 iyuldan 15 fevraladək dayandırılıbsa, bu halda seçkilər may ayında keçirilir. Merin səlahiyyətləri 15 fevral dan 15 iyuladək dayandırıldığı halda isə seçkilər həmin ilin oktyabr ayında keçirilir.

Marneuli meri Temur Abazovun səlahiyyətləri hələ dayandırılmayıb, lakin əgər onun səlahiyyətləri 32 gün ərzində dayandırılarsa, Marneulidə növbədənkənar mer seçkiləri oktyabr ayında baş tutacaq. Növbədənkənar mer seçkilərinin keçirilməsinə qədər isə Marneuli bələdiyyəsinin meri səlahiyyətlərini Zaur Tabatadze yerinə yetirəcək.

Print