Pankisidə xüsusi təyinatlılar səfərbər olunub

Axmeta bələdiyyəsinin Duisi və Birkiani kəndlərində DİN-in xüsusi təyinatlıları və çox sayda hüquq mühafizəçiləri səfərbər olunub.


Pankisinin icma radiosu WAY-in məlumatına görə, Ramazan bayramı ilə bağlı Rusiya nömrələri ilə hərəkət edən avtomobillərə Çeçenistan prezidenti Ramzan Kadirovun atası Əhməd Kadirovun böyük ölçülü şəkilləri yapışdırılıbmış və bir neçə avtomobil məntəqədə gəzirmiş və avtomobildən “Əhməd güclüdür” kəlmələri eşidilirmiş.

Bu fakt yerlilərin qıcıqlanmasına səbəb olub. Onlardan avtomobildən Əhməd Kadirovun şəklini çıxarmağı tələb ediblər və bu sifahi və fiziki qarşıdurmaya səbəb olub.

DİN-dən bu məsələ ilə bağlı hələ ki, izahat vermirlər.

Pankisinin icma radiosu baş verənin detallarını araşdırır və daha çox məlumat verməyə cəhd göstərəcək.

Mənbə: reginfo.ge

 

Print Email
FaceBook Twitter Google