Azər Süleymanov, Ramin Allahverdiyev və Temur Abazovun qohumuna
girov təyin edilib.
Rustavi məhkəməsi Gürcüstan Parlamentinin "Milli Hərəkat"-dan üzvü
Azər Süleymanova, Marneuli Bələdiyyə Məclisinin "Gürcü Arzusu"dan
üzvü Ramin Allahverdiyevə və Marneuli merinin Temur Abazovun qohumu
E.Q.-ya hər birinə 4 min lari olmaqla girov təyin edib.
Hakim prokurorluğun vəsatətinin bir hissəsinə bəraət qazandırıb.
İttiham tərəfi hər birinə 5 min lari tələb edirmiş.
Mühafizə tərəfi isə ittiham olunan şəxsin girov təyin edilmədən
azad olunmasını tələb edirmiş. Prokurorluq təhqiredici və
insanlıqdan kənar yanaşma faktına görə, Marneuli merini 13 iyun
tarixində saxlayıb. Döyülmə faktına dair cinayət məcəlləsi təqibi
isə Gürcüstan Parlamentinin " Milli Hərəkat"-dan üzvü Azər
Süleymanova və daha 2 nəfər şəxsə qarşı başlayıb.