14 nazirlik 11-ə qədər azaldılacaq - Baxtadze

Baş-nazirliyə namizəd Mamuka Baxtadze bu gün gələcək hökumətin yenilənmiş tərkibini təqdim etməyib.


Baxtadzenin izahatına görə onun artıq hazır olan hökumət proqramı 14 nazirliyi 11-ə qədər azaldılmasını nəzərdə tutur. Ancaq bu gün mövcud qanunvericilikdən dolayı nazirliyə 11 namizədin adını açıqlamayıb. Çünki nazirliklərin azaldılmasına müvafiq qanunverici dəyişikliklər lazımdır.

Ona görə də Baxtadzenin sözlərinə görə hökumətin bu gün mövcud olan tərkibi formal olaraq dəyişməz qalır. O, etibar qazandıqdan sonra isə onlar Parlamentə yeni qanunverici təkliflə müraciət edəcəklər və nazirliklərin azaldılmasını tələb edəcəklər. Bundan sonra isə Baxtadzenin sözlərinə görə o, hökimətin yeni tərkibini bildirəcək. Baxtadzenin dediyinə görə gələcək hökumətdə yeni simalar mütləq olacaq. Yeni nazirlərin kimliyini cəmiyyət Baxtadzenin gümanına əsasən 2-3 həftəyə biləcək.

Mamuka Baxtadze baş nazir vəzifəsində Giorgi Kvirikaşvilini əvəz edir. O, keçən həftə istefa verib.

 

Mənbə: Netgazeti

 

Print Email
FaceBook Twitter Google