"Baxa-Baxa və daha 5 nəfəri oğru aləminin üzvlüyü ittihamı ilə saxlaınılıb

DİN-in bəyənatına görə, son dövrdə oğru aləminin üzvlüyü ittihamı ilə 6 nəfər saxlanılıb.

Bu haqda təşkil edilmiş cinayətlə mübarizə idarəsinin rəhbəri Mamuka Celidze bu gün 18 iyun tarixində briqifinqdə bildirib.

Onun sözlərinə görə, Zestafonda oğru aləminin üzvlüyü ittihamı ilə kriminal avtoritetlər həmçinin, keçmişdə məhkum edilmiş M.B. (təxəllüs Baxa-Baxa) həbs olunub.

DİN-in məlumatına görə, onlar "oğru məsələlərində" iştirak edirmişlər və xaricdə yaşayan gürcü qanuni oğrularla - Fridon Sulakvelidze (təxəllüs Padzua) və onun qardaşı - Xviça Sulakvelidze ilə əlaqələri var imiş. Onlar sifariş qəbul edirlərmiş və oğru aləmi tərəfindən qoyulmuş qaydalarla hərəkət edirlərmiş.

"İttiham olunanlar Zestafonidə yerləşən kafelərin birinin sahibindən qanuni oğru - Fridon Sulakvelidze tərəfindən onun istehsalçılıq işinin gizlədilməsi əvəzində hədə və oğruluq yolu ilə hər ay gəlirin 30%-inin ödəməsini tələb edirmişlər" - deyilir DİN-in bəyənatında.

 

Mənbə: Netgazeti

 

Print Email
FaceBook Twitter Google