Yerli istehsal olan süd məhsulları və dərmanlar ƏDV-dən müəyyən qədər azad ola biləcəklər
Gürcü istehsalı olan süd və süd məhsulları əlavə dəyər vergisindən azad oluna bilərlər. Bu haqda baş-nazirliyə namizəd Mamuka Baxtadzenin hökumət proqramında yazılıb.

Bu haqda Proqrama əsasən ƏDV-dan əczaçılıq müəssisələri tərəfindən istehsal olunan əczaçılıq məhsullarının verilməsi azad olunacaq.

Proqrama əsasən bu məhsullar ƏDV-dən azad olunur. Bu onu nəzərdə tutur ki, məhsulun istehsalı ilə bağlı olan xərclərdə (A məhsulun B məhsulunun işlənilməsi nəticəsində əldə edilməsi) şəxslər ƏDV ödəyəcəklər. Ancaq artıq hazırlanmış məhsulun realizə olunması ƏDV ilə hesablanmayacaq.

Yəni proqrama əsasən yerli istehsal məhsulunun bahalanması ƏDV-nin hesabına olmayacaq. Mamuka Baxtadzenin qiymətləndirməsinə görə, ƏDV-dən milli məhsulun azad olunması gürcü məhsulunu idxal olunan məhsulla müqayisədə daha rəqabətli edəcək.

Mənbə: Netgazeti
Print Email
FaceBook Twitter Google