Qardabanidə albinos qaranquş balası – 18 000-də bir dəfə baş verən hal
Qardabani bələdiyyəsinin Krtsanisi kəndində yerli sakinlər qəribə qaranquş balası aşkarlayıblar. Tamamilə ağ rəngdə, güman ki, albinos olan qaranquş balasını sakinlər yaşayış binalarından birinin girişində olan yuvada aşkarlayıblar.

İki qaranquş balasından biri adi – qara rəngdə, digəri isə tamamilə ağ rəngdədir.

Birds & Blooms jurnalının məlumatına görə, quşlarda albinizm çox nadir haldır və onun inkişaf ehtimalı 18 000-də birə bərabərdir. Həmin jurnalın məlumatına görə, Albinizm qaranquşlarda xüsusilə az rast gəlinən haldır və bu günə qədər dünyada o qədər də çox qeydə alınmayıb.

Quşun tüklərinin və bədənin digər hissələrinin tamamilə ağ rəngdə olması melanin piqmentinin olmaması ilə bağlıdır.

Mənbə: tv4.ge
Print Email
FaceBook Twitter Google