Gürcüstan vətəndaşlarının deportasiyası halları artıb - IDFI

“İnformasiya Azadlığının İnkişafı İnstitutu”-nun məlumatına görə, 2015-2017-ci illərdə Gürcüstan vətəndaşlarının digər ölkələrdən 11 428 deportasiyası halı qeydə alınıb.


Ən çox deportasiya 2017-ci ildə qeydə alınıb. Gürcüstan vətəndaşları ən çox Türkiyə, Almaniya, İsrail və Rusiyadan deportasiya olunublar.

3 il ərzində Türkiyə, İsrail və Yunanıstandan deportasiya hallarının sayı azalıb. Almaniyadan deportasiya halı isə 2 dəfə artıb. Həmçinin, Rusiya, Fransa, İsveçrə, İtaliya, Belçikadan deportasiya hallarının sayında da artım qeydə alınıb.

 

Mənbə: Netgazeti

 

Print Email
FaceBook Twitter Google