Lentexi meşəsində meydana gələn yanğının söndürülməsi əməliyyatına yenidən helikopter qoşulub

Lentexi meşəsində meydana gələn yanğının söndürülməsi əməliyyatına yenidən helikopter qoşulub. Zesxo kəndin yaxınlığında baş vermiş yanğını hələ də tam nəzarət altına almaq mümkün olmayıb.

Yanğnın söndürülməsinə bu gün yenidən helikopter qoşulub.

“İnterpresnyus”un Fövqəladə Halların İdarəolunması Xidmətindən aldığı məlumata görə, hadisə yerində bir neçə yanğın ocağı hələ də qalmaqdadır və tüstülər müşahidə olunur. Onların məlumatına görə, 150-ə qədər yanxınsöndürən-xilasedici yanğının söndürülməsi işini səhər saatlarından davametdirirlər. Yanğının söndürülməsinə yerli yanğınsöndürən-xilasedicilərdən başqa Tbilisi, Şida Kartli və İmereti yanğınsöndürən-xilasediciləri də qoşulub.

Raça-Leçxumi və Kvemo Svaneti qubernatoru Arçil Caparidzenin “İnterpresnyus”a bildirdiyinə görə, yanğının baş verməsinə ildırım düşməsi səbəb olduğu güman edilir.

“Relyef çox mürəkkəb olduğuna görə yanğını tam söndürmək mümkün olmayıb. Meşənin aşağı hissəsi, torf, qurumuş yarpaqlar yanır və yanğını söndürmək çox çətindir. Sahəsi çoxalmayıb, kiçik yanğın ocaqları və əsasən tüstülənmələr var. Yanğına güman ki, ildırım düşməsi səbəb olub. Ora elə yerdir nə turist nə də başqa şəxs gedə bilməzdi”, - deyə Arçil Caparidze bildirib.

Lentexidə, Zesxo kəndi yaxınlığında yanğın iki gün əvvəl meydana gəlib.

 

 

Print Email
FaceBook Twitter Google