Gürcüstanın Azərbaycana borcu azalıb
Bu ilin iyunun 30-na olan məlumata əsasən, Gürcüstanın Azərbaycana olan borcu 8,346 mln. dollar təşkil edir.
Maliyyə Nazirliyinə istinadla xəbər verir ki, ölkənin Azərbaycana borcu aylıq müqayisədə 149 min dollar azalıb.

Gürcüstanın ümumi xarici dövlət borcu 5 mlrd. 186,087 mln. dollardır ki, bu məbləğin 5 mlrd. 59,496 mln. dolları hökumətin payına düşür.

Ölkənin ən çox borcu olduğu ölkələrin ilk üçlüyünə Almaniya (276,345 mln. dollar), Yaponiya (214,121 mln. dollar) və Fransa (195,939 mln. dollar) daxildir.

Gürcüstanın qonşu Türkiyə, Rusiya və Ermənistana borcu may ayı ilə müqayisədə azalaraq, müvafiq olaraq 16,019 mln., 66,102 mln. və 9, 350 mln. dollar təşkil edib.

Müəllif: Cəmilə Babayeva
Print