Mədəniyyət mərkəzinə Nərimanovun adının verilməsi ilə bağlı imza toplama aksiyası keçirləcək
Bu gün, 13 iyul tarixində Marneuli Mülki Məşğulluq Mərkəzində Marneuli bələdiyyəsinin Mədəniyyət evindən Nəriman Nərimanovun adının götürülməsi ilə bağlı görüş keçirildi. Görüşdə yerli ictimaiyyət nümayəndələri, gənclər və maraqlanan şəxslər iştirak edirdilər.

Tədbirin təşkilatçılarındanı olan Marneuli sakini Azər Məmmədov bildirdi ki, küçənin, məktəbin, mədəniyyət mərkəzinin adının dəyişdirilməsi etnik azlıqlar olan azərbaycanlıları çox narahat edir və bu diskriminasiya kimi qəbul edilir.



Marneuli sakini Fuad Qəhrəmanov Mədəniyyət Evinin adının nəyə görə dəyişdirilməsi haqda məlumat almaq üçün Marneuli meriyasına ərizə ilə müraciət ünvanlamışdı. O, meriyadan Mədəniyyət evinin adının dəyişdirilməsində təşşəbbüskarın kimlər olduğu və yaxud kim tərəfindən və nə zaman dəyişdirildiyi haqda məlumat əldə etmək istəyib.

Marneuli bələdiyyə məclisi tərəfindən isə cavab məktubu göndərilərək bildirilib ki, indiyə qədər Marneuli bələdiyyə məclisində Mədəniyyət evi ilə bağlı heç bir müzakirə keçirilməyib və adın dəyişdirilməsi haqda heç bir məlumat yoxdur.



"Marneuli" Radiosunun arxiv sənədlərində isə görürük ki, 2003-cü ildə Marneuli bələdiyyəsində N.Nərimanovun adının müzakirəsi olub və adın qalmasına qərar verilib. Eyni zamanda büdcədən pul ayrılaraq binanın qarşısındakı yazı lövhəsinin yenilənməsi nəzərdə tutulub. Bu haqda 2002-2006-cı illərdə Marneuli şəhər məcilisinin sədri işləmiş İsrafil Bayramov məlumat verdi.



Görüşdə Nəriman Nərimanovun adının yenidən Mədəniyyət Evinə qaytarılması üçün imza toplama aksiyası keçirilməsi qərara alındı.

Print Email
FaceBook Twitter Google