Zaza Saralidze Prokurorluqda görüş keçirəcək

Xorava küçəsində qətlə yetirilmiş Davit Saralidzenin atası Zaza Saralidze Prokurorluqda vəkil və xalq müdafiəçisinin nümayəndəsi ilə görüş keçirəcək.


Saralidzenin sözlərinə görə, görüşdə Daxili İşlər Nazirliyinin nümayəndəsi də iştirak edəcək.

"7 iyulda Prokurorluğa gəldikdə, onlar 10 gün vaxt istədi. Cavab vaxtı çatıb", - deyə Saralidze öz sosial şəbəkə səhifəsində yazıb.

Saralidze Prokurorluğa 17:00-da getməyi planlaşdırır.

Xatırladırıq ki, 2017-ci il dekabrın 1-də Xorava küçəsində iki yeniyetmə yaralanıb. Yeniyetmələrdən biri xəstəxanaya çatdırılmadan vəfat etmişdi, digəri isə həkimlərin cəhdlərinə və bir neçə dəfə əməliyyat etmələrinə baxmayaraq, 2 dekabrda xəstəxanada dünyasını dəyişmişdi.

 

Print Email
FaceBook Twitter Google