Vladimir Putin – Rusiya Gürcüstan və Ukraynanın NATO-ya üzvlüyünə çox mənfi cavab verəcək

Rusiya prezidenti Vladimir Putinin bəyanatına görə, Rusiya Gürcüstan və Ukraynanın NATO-ya üzvlüyünə çox mənfi cavab verəcək.

Bu barədə Rusiya prezidenti “Fox News”-a verdiyi müsahibəsində bildirib.

“Bizim üçün bu milli təhlükəsizliyimizə birbaşa təhlükədir. NATO-nun infrastrukturlarının bzim sərhədlərimizə yaxınlaşması təhlükədir. Müvafiq olaraq bizim reaksiya çox mənfi olacaq”,
- deyə Vladimir Putin bildirib.

Onun dediyinə görə, “hal-hazırda NATO-nun infrastrukturu böyüyür, NATO-nun əsgərlərinin olmamalı olduğu bölgələrdə onların sayı artıb”.

“Bu stabilliyin pozulmasına səbəb ola biləcək amildir. Bizim münasibətlərimizdə bunları nəzərə almalıyıq, lakin, prezident Trampla bu barədə söhbət etməmişik”, - deyə Rusiya prezidenti qeyd edib. Qeyd olunmalıdır ki, 11-12 iyul tarixlərində Brüsseldə keçirilmiş NATO sammitində NATO-ya üzv ölkələrin liderləri bəyannamələrində 2008-ci il Buxarest sammitinin Gürcüstanın alyansa üzv olması barədə qərarını bir daha təsdiqləyiblər.

 

 

Print Email
FaceBook Twitter Google