Marneuli-Sadaxlı yolunda avtomobil yolun hərəkət hissəsindən çıxaraq aşıb
Ötən gün, 16 iyul tarixində axşam saatlarında Marneuli-Sadaxlı yolunun 5-ci kilometrliyində Yol nəqliyyat hadisəsi baş verib. Sürücünün idarəetməni itirməsi nəticəsində avtomobil sürüşüb və yoldan çıxaraq aşıb.

Qəza zamanı avtomobildə yalnız sürücü olub və xəsarət almayıb.

“Marneuli” radiosunun Daxili İşlər Nazirliyindən aldığı məlumata görə, sürücü Gürcüstan İnzibati Xətalar Məcəlləsinin 125-ci maddəsinin 10-cu hissəsi ilə 250 lari cərimə olunub.

Print Email
FaceBook Twitter Google