“Gürcü Arzusu” prezident seçkiləri ilə bağlı məsləhətləşmələri güman ki, iyul ayının son həftəsində keçirəcək

“Gürcü Arzusu” prezident seçkiləri ilə bağlı məsləhətləşmələri güman ki, iyul ayının son həftəsində keçirəcək.

Bu barədə jurnalistlərə Parlament sədri İrakli Kobaxidze məlumat verib.

“Siyasi şura, həmçinin əksəriyyət formatı ilə bağlı məsləhətləşmələrimiz olacaq. Güman ki, bu iyul ayının son həftəsində olacaq. Orada yəqin ki, prezident seçkiləri ilə bağlı bizim mövqeyimiz bəyan olunacaq”, - deyə Kobaxidze bildirib.

Konkret namizədə gəlincə Kobaxidze deyib ki, onların komandasında “ilk turda asanlıqla qalib gələ biləcək bir neçə namizəd var”.

Salome Zurabaşvilinin namizədliyi ilə bağlı verilmiş suala cavab olaraq Parlament sədri bildirib ki, bu məsələ ilə bağlı komanda daxilində ətraflı müzakirələr aparılır və məsləhətləşmələri gözləmək lazımdır.

“Biz prezident seçkilərində necə təmsil olunacağımız barədə mövqeyimizi müəyyənləşdirməliyik və bundan sonra konkret namizəd haqqında danışa bilərik” – Kobaxidze əlavə edib.

 

 

Print Email
FaceBook Twitter Google