“Gürcü Arzusu” prezident seçkiləri ilə bağlı məsləhətləşmələri
güman ki, iyul ayının son həftəsində keçirəcək.
Bu barədə jurnalistlərə Parlament sədri İrakli Kobaxidze məlumat
verib.
“Siyasi şura, həmçinin əksəriyyət formatı ilə bağlı
məsləhətləşmələrimiz olacaq. Güman ki, bu iyul ayının son
həftəsində olacaq. Orada yəqin ki, prezident seçkiləri ilə bağlı
bizim mövqeyimiz bəyan olunacaq”, - deyə Kobaxidze
bildirib.
Konkret namizədə gəlincə Kobaxidze deyib ki, onların komandasında
“ilk turda asanlıqla qalib gələ biləcək bir neçə
namizəd var”.
Salome Zurabaşvilinin namizədliyi ilə bağlı verilmiş suala cavab
olaraq Parlament sədri bildirib ki, bu məsələ ilə bağlı komanda
daxilində ətraflı müzakirələr aparılır və məsləhətləşmələri
gözləmək lazımdır.
“Biz prezident seçkilərində necə təmsil olunacağımız
barədə mövqeyimizi müəyyənləşdirməliyik və bundan sonra konkret
namizəd haqqında danışa bilərik” – Kobaxidze əlavə
edib.