Əhalinin fikrinə görə Bakı və Şərifov küçələri arasında yerləşən idman meydançası vəd verilənə uyğun gəlmir

Marneuli şəhəri Bakı və Şərifov küçəsinin sakinləri həmin küçədə yerləşən stadionun layihə banerində göstərilənlə tikintisi başa çatmış stadionun fərqli olmasına etiraz edirlər.

Sakinlərin sözlərinə görə banerdə göstərilib ki, stadionun ətrafı hasarlanacaq, oturacaqlar quraşdırlacaq, işıqlandırma sistemi quraşdırılacaq və süni ot örtuyü səriləcək.

Bu sadalanan işlərdən isə yalnız stadionun ətrafının hasarlanması işləri aparılıb və taxta oturacaqlar quraşdırılıb. Buna etiraz edən sakinlər bildirirlər ki, stadionda vəziyyət əvvələr necə idisə, indi də həmindir. Onlara 2017-ci il bələdiyyə seçkilərində söz veriblər ki, Avropa standartlarına cavab verən stadion tikiləcək.



Marneuli bələdiyyəsi tərəfindən stadionun tikintisi üçün 33 248 lari ayrılb və tenderdə iştirak edən "Tekia" MMC 31 000 lari təkliflə qalib gələrək tikintini icra etmişdir.

Həmin küçədə yaşıyan Ramal Əhmədov bələdiyyəyə ərizə ilə müraciət edərək həmin stadionun tikintisi üçün nə qədər vəsaitin xərcləndiyi barədə məlumat tələb edib. Bələdiyyədən ərizəyə cavab məktubu yazılıb, amma məktubda vtəndaşın suallarına aydın cavab almaq o mümkün deyil.

 

 

Print Email
FaceBook Twitter Google