“Qriqol Vaşadze Gürcüstanın növbəti prezidentidir.
Buna əminəm, çünki mövcud reallığı nəzərə alsaq, nə müxalifət, nə
də iqtidar bu səviyyədə və belə layiqli namizəd irəli sürə
bilməyəcəklər”.
Bu haqda Gürcüstanın keçmiş prezidenti Mixeil Saakaşvili öz
“facebook” səhifəsində yazıb.
Saakaşvili hesab edir ki, Vaşadzeni Gürcüstanın xilası və gələcəyi
barədə dəqiq baxışları var və o, bunu tam dərk edir.
“İndi mühüm olan siyasi əqidələri və keçmişdə olan
narazılıqlara baxmayaraq qərarverici mübarizəyə çox adamın
qoşulmasıdır.
Bizim hamımızı Gürcüstan sevgisi, cahil oliqarxiyanın
qəbuledilməzliyi və bizim övladlarız üçün ən yaxşı gələcəyi
yaratmaq arzusu birləşdirir.
Biz – gürcü xalqı, mütləq qələbə qazanacağıq! İdeya pulu, həqiqət
yalanı və yaxşılıq pisliyi məğlub edəcək”, -
Saakaşvili yazıb.
Xatırladırıq ki, müxalif “Güc birlikdədir” hərəkatı prezidentliyə
Qriqol Vaşadzenin namizədliyini irəli sürüb.