Qriqol Vaşadze Gürcüstanın növbəti prezidentidir – Mixeil Saakaşvili

“Qriqol Vaşadze Gürcüstanın növbəti prezidentidir. Buna əminəm, çünki mövcud reallığı nəzərə alsaq, nə müxalifət, nə də iqtidar bu səviyyədə və belə layiqli namizəd irəli sürə bilməyəcəklər”.

Bu haqda Gürcüstanın keçmiş prezidenti Mixeil Saakaşvili öz “facebook” səhifəsində yazıb.

Saakaşvili hesab edir ki, Vaşadzeni Gürcüstanın xilası və gələcəyi barədə dəqiq baxışları var və o, bunu tam dərk edir.

“İndi mühüm olan siyasi əqidələri və keçmişdə olan narazılıqlara baxmayaraq qərarverici mübarizəyə çox adamın qoşulmasıdır.

Bizim hamımızı Gürcüstan sevgisi, cahil oliqarxiyanın qəbuledilməzliyi və bizim övladlarız üçün ən yaxşı gələcəyi yaratmaq arzusu birləşdirir.

Biz – gürcü xalqı, mütləq qələbə qazanacağıq! İdeya pulu, həqiqət yalanı və yaxşılıq pisliyi məğlub edəcək”,
- Saakaşvili yazıb.

Xatırladırıq ki, müxalif “Güc birlikdədir” hərəkatı prezidentliyə Qriqol Vaşadzenin namizədliyini irəli sürüb.

 

Mənbə: İnterPressNews

 

Print