İki sahibkar Çin istehsalı olan telefonları Nokia nişanı ilə satırmış – istintaq xidməti

Gürcüstan Maliyyə Nazirliyinin İstintaq Xidmətinin məlumatına görə, iki sahibkar Çin istehsalı olan telefonları “Nokia” əmtəə nişanı ilə satırmış.


Nazirliyin məlumatına görə 3 791 ədəd qeyri-qanuni olaraq “Nokia” əmtəə nişanı ilə işarələnmiş mobil telefon müsadirə olunub.

Gürcüstan Cinayət Məcəlləsinin 196-cı maddəsinin birinci hissəsi ilə istintaq aparılır. Həmin maddə günahın sübuta yetirilməsi halında 2 ilə qədər azadlıqdan məhrumetməni nəzərdə tutur.

 

Mənbə: Netgazeti

 

Print