“Avropalı Gürcüstan” prezidentliyə namizədini Kutaisidə təqdim edəcək

“Avropalı Gürcüstan” prezidentliyə namizədini 21 iyul tarixində təqdim edəcək.

Bu haqda məlumat partiyanın facebook səhifəsində paylaşılıb.

“Avropalı Gürcüstan” VMH və onunla birləşmiş siyasi subyektlər kimi prezidentliyə namizədini Kutaisidə təqdim edəcək. Müxalif partiyalar Qriqol Vaşadzeni Baqratda təqdim etmişdilər, “Avropalı Gürcüstan”-nın tədbiri isə Kutaisi İdman Sarayında keçiriləcək.

Partiya prezidentliyə namizədinin adını hələ açıqlamayıb. Lakin güman ki, namizəd Davit Bakradze olacaq.

 

Mənbə: Netgazeti

 

Print Email
FaceBook Twitter Google