Marşal Qelovani prospektində baş vermiş qəza nəticəsində təmizlik xidmətinin əməkdaşı dünyasını dəyişib

Tbilisidə Marşal Qelovani prospektində baş vermiş qəza nəticəsində “Tbilservis”in əməkdaşı həyatını itirib.


Marşrut taksi təmizlik xidmətinin avtomobilinə çırpılıb. Şahidlərin məlumatına görə, təmizlik xidmətinə məxsus maşın zibil qutusunun yanında dayanmaq istəyərkən marşrut taksi arxadan maşına çırpılıb. “Tbilservis”in əməkdaşlarından biri hadisə yerində dünyasını dəyişib.

DİN-nin məlumatına görə, qəza nəticəsində iki nəfər yaralanıb, bir nəfər dünyasını dəyişib. Cinayət Məcəlləsinin 276-cı maddəsinin beşinci maddəsi ilə istintaq aparılır.

 

Print Email
FaceBook Twitter Google