Smitlərin ölümündə ittiham olunan şəxsin vəkili işdən uzaqlaşıb
Smitlərin qətlində ittiham olunan Malxaz Kobaurinin vəkili David Qirqvliani işdən uzaqlaşıb. Bu haqda vəkil bəyənat yayımlayıb.
“İctimaiyyətin qarşısında özümü məcbur hesab edirəm ki, bu bəyənatı verim! Xada dərəsində baş vermiş faciə işində mən ittiham olunan Malxaz Kobaurini müdafiə edirdim
.

Bu işə ona görə qoşuldum ki, ədaləti müəyyən edim, çünki sistemə qarşı mübarizə aparmaqdan heç vaxt çəkinməmişəm. Daim mübarizə aparırdım və yenə də ədalət üçün mübarizəyə davam edəcəm.

Xada dərəsində baş vermiş faciə işinə gəldikdə isə mən azad ixtisas nümayəndəsi kimi vəkil olaraq hesab edirəm ki, qeyd olunan iş mənim iştirakım olmadan davam etsin.

Onun müdafiəsini davam etdirəcək həmkarıma və ya həmkarlarıma uğurlar arzulayıram. İttiham olunduğu cinayətin ağırlığına baxmayaraq hamının müdafiə hüququ var.

Ancaq mən hesab edirəm ki, qeyd olunan proses mənsiz davam etməlidir! Xoş sözlər və eləcə də tənqidlər üçün hamıya təşəkkür edirəm. Qeyd olunan işi mən davam etdirmirəm, ancaq öz ixtisasıma və ədalətə sadiq qalıram!Qeyd olunan işlə bağlı başqa şərh verməyəcəm”, - deyilir vəkilin bəyənatında.

Vəkilin bu bəyənatından əvvəl Rustavi 2 və İmedi televiziyaları tərəfindən məlumat yayımlanmışdı və həmin məlumata əsasən televiziyalar Samxarauli ekspertizasının milli bürosunun nəticəsini əldə ediblər.

Onların məlumatına görə, bu sənədə əsasən Xada dərəsində öldürülən Lora Smitin bədənindən ittiham olunan Malxaz Kobaurinin genetik profili aşkar olunub və güman ki, bu seksual xarakterli hərəkəti göstərir. Məlum olduğuna görə, istintaq Lora Smitin zorlanması versiyası üzərində çalışır.
Malxaz Kobauri ittihamı etiraf etmir.

David Qirqvlianiyə qədər Kobaurinin maraqlarını dövlət xəzinəsinin vəkilləri müdafiə edirmiş.

Print Email
FaceBook Twitter Google