İlham Əliyevin apa.az tərəfindən yayılmış sözləri prezident administrasiyası tərəfindən təkzib olunub, daha sonra isə agentliyin saytı bağlanıb
Azərbaycanın apa.az informasiya agentliyinin saytına giriş mümkün deyil. Yayılmış məlumata əsasən, 1 avqust tarixində prezidentin sözlərini təhrif etdiyinə görə rəhbərlik özü saytı bağlamaq qərarına gəlib.

Azərbaycan prezidenti İlham Əliyev Qarabağ müharibəsi veteranlarına və Çernobıl faciəsi nəticəsində əlil düşmüş şəxslərə maşın və ev verilməsi tədbirində çıxış edib. Apa.az informasiya agentliyi əsas səhifəyə “Azərbaycan Prezidenti: Ermənistanı çökdürəcəyik” başlığını çıxarıb. Məqalə yayımlandıqdan sonra prezident administrasiyası agentliyi yanlış məlumat yaymaqda ittiham edib və yayılmış məlumatı təkzib edib.

Agentlik oxuculardan rəsmi şəkildə üzr istəyib. Lakin bu gün səhər saatlarından sayta girmək mümkün olmayıb. Azərbaycanda fəaliyyət göstərən jurnalistlər agentliyin bağlanması haqqında rəsmi məlumat olmadığını bildirirlər. Lakin pərdə arxasında holdinqin bağlanması barədə söhbətlər gəzir.
"Marneuli" radiosu
Print Email
FaceBook Twitter Google