Kiev metrosunun dayanacaqlarından birində bir neçə gün bundan əvvəl
hadisə baş verib. Şahidlərin yazdığına görə qadın pişik balasının
ayağından dişləməyə cəhd göstərib.
Keçənlər bir neçə dəqiqə ərzində qadının əlindən pişiyi azad etməyə
cəhd göstəriblər. Şahidlərin bəyənatına görə qadını ona qədər də
metroda görüblər. Onların sözərinə görə, qoca qadın yardım
istəyirmiş və hər gün müxtəlif heyvanlarla onu görürlərmiş.
Şahidlərdən birinin sözlərinə görə, qadın 3 pişik balası ilə birgə
imiş. İkisini keçənlər qadının əlindən ala biliblər. Üçüncünü isə
qadın dişləri ilə tuturmuş.Hadisədən sonra pişiyi baytar
klinikasına aparıblar. Onun sağ dirsəyində bağlı travma var.
Baytarın bəyənatına görə, zədə əsəb sistemindən millimetr aralıda
olub. Zədə dəysəydə pişik ayağını itirəcəkdi. Ukrayna mediasının
məlumatına görə, hadisədən sonra qadını polis saxlamayıb və ona
qarşı hələ ki, heç bir inzibati cəza təyin edilməyib.