Gürcüstanın Təhsil və Elm nazirliyinin məlumatına görə, 2018-ci
ilin yeni tədris ilində qeyri-gürcü dilli məktəblər yeni dərsliklər
ala bilməyəcəklər.
Bu haqda “Batumelebi”yə nazirin müavini Temur Murğulia deyib.
Qeyri hökumət təşkilatı “Mülki inteqrasiya və millətlər arası
əlaqələr mərkəzi”nin məlumatına görə, 2013-cü ilin araşdırmasına
əsasən, Gürcüstanda 213 qeyri-gürcü dilli məktəb və 77 sektor var
imiş. Bundan 85 məktəb tamamilə azərbaycan dillidir, 11 rus dilli,
117 isə erməni dilli məktəbdir. Bu məktəblərdə 2014-cü ilin
göstəricilərinə əsasən 60 minə qədər şagird oxuyur.
Bu məktəblərdə tədris aparılan dərsliklər dövlət tərəfindən
qoyulmuş milli tədris planına uyğun deyil.
Etnik azlıq nümayəndələrinin “Batumelebi” ilə söhbətdə qeyd
etdiyinə görə, etnik azlıqların məktəblərinə dərslikləri qonşu
ölkədən gətirirlər. Müvafiq olaraq şagirdlər Gürcüstan Təhsil
nazirliyi tərəfindən qoyulmuş milli tədris planına uyğun olaraq
deyil qeyd oluna dərsliklərin nəşr olunduğu ölkənin təhsil
sisteminə əsasən təhsil alırlar.
Etnik azlıq nümayəndələrinin sözlərinə görə, gürcü dilindən tərcümə
olunmuş dərsliklər köhnəlib və keyfiyyətsiz tərcümə olunub.
Təhsil nazirliyi gürcü dilli məktəblərdə birdən altıncı sinifə
qədər dərsliklərin yenilənməsinə başlayıb. Nazirliyin bəyənatına
görə, yeni dərsliklər məktəblərdə 15 sentyabrda daxil olacaq, ancaq
bu qeyri-gürcü dilli məktəblərə aid deyil.
Nazir müavini Temur Murğuliya bu faktı belə izah edir:
“Üç ayda bu dərsliklərin tərtib olunması və tərcüməsi
mümkün olmayacaqdı. Əgər yaxşı kitabların nəşr olunmasını
istəyiriksə uyğun olmalıdır. Yaxşı kitab və tərcümə olunmuş kitab
çox fərqlənir.
Ona görə də biz sentyabrdan pedaqoqlarla çalışmağa başlayırıq,
bizim məqsədimiz odur ki, hər şey vaxtında, adekvat şəkildə yerinə
yetirilsin. Bu 15 sentyabra qədər mümkün olmayacaq və bu heç
birinci dəfə də dizaynda nəzərə alınmamışdır”.
“Batumelebi”nin dərsliklərin dəyişilməsi zamanı qeyri-gürcü dilli
məktəblər üçün niyə yeni dərsliklərin nəşr olunması
planlaşdırılmayıb sualına Murğulia cavab verir ki,
“bu
məsələ heç ilkin dizaynda da nəzərə alınmamışdı”
çünki səbəb vaxt faktorudur.
“Bu olduqca böyük həcmli işdir, amma keçən illərdən
fərqli olaraq biz bunun üzərində çalışmağa başlamışıq. Proses aktiv
fazada gedir və yüksək dərəcəli dərsliklərimiz olanda başa çatacaq.
2019-cu il ən axrıncı olacaq, düşünmürəm ki, proses ondan da uzaq
çəksin”- deyir nazir müavini.
İllər ərzində 200-dən çox məktəbdə milli tədris planından kənar
tədrisi necə qiymətləndirirsiniz sualına Temur Murğulia cavab verib
ki, bu onun qiymətləndirəcəyi məsələ deyil.
“Bilirəm
ki, problem həll olunmalıdır”- deyir Murğulia.
Gürcüstanın Təhsil və Elm nazirliyinin qeyri-gürcü dilli
məktəblərlə bağlı göstəriciləri belədir:
Azərbaycan məktəbi – 82
Azərbaycan-rus – 1,
Azərbaycan – erməni – 1
Gürcü-azərbaycan – 31
Rus məktəbi – 11
Erməni-azərbaycan sektoru – 1
Erməni-gürcü sektoru – 10
Erməni dilli məktəb –118
Gürcü-azərbaycan sektoru – 9
Gürcü-rus sektoru – 30
Gürcü-rus-azərbaycan – 1
Gürcü-rus-erməni– 1