Kutaisidə Rioni çayına düşən şəxsi əsgər xilasedicilər gələnədək xilas edib
Kutaisidə Rioni çayına düşən şəxsi 3 saylı piyada briqadasının əsgəri Qoqa Qoqliçadze xilasedicilər gələnədək xilas edib. Bu haqda məlumatı Fövqəladə Halların İdarəolunması Agentliyi yayıb.

Agentliyin məlumatına görə, təxminən 60 yaşlarında kişinin çaya yıxıldığını görərkən körpünün üstündə olub. O, xilasedicilər gələnədək kişinin çayın axınına düşməməsi üçün dərhal suya girib.

Agentlikdən bildirdiklərinə görə, içkili vəziyyətdə olan şəxs Kutaisidə Qırmızı körpüdən çaya tullanıb. Onun həyatı üçün heç bir təhlükə yoxdur.
Mənbə: Netgazeti
Print