Üfunətli böcək Tseretelidə məhsulu məhv edir

Marneuli bələdiyyəsinin Tsereteli kəndində üfunətli böcək qeydə alınıb.

Ətraf Mühitin Mühafizəsi və Kənd Təsərrüfatı Nazirliyinin Kvemo Kartli Regional İdarəsini rəhbəri Qeronti Sivsivadze deyir ki, son həftə ərzində ən çox Tsereteli kəndindən məlumat daxil olub, həmin yerə müşahidə dəstəsi gedib.

Müəyyən olunub ki, üfunətli böcək Asiya böcəyi deyil, amma məhsulu məhv edir və insan sağlamlığı üçün təhlükəlidir. Marneulidə üfunətli böcək yalnız bir neçə yerdə qeydə alınıb, Sivsivadzenin dediyinə görə, indi onların üzərə çıxması üçün iqlim şəraiti əlverişlidir.

“Yağışlarla əlaqədar əlverişli iqlim şəraiti yarandı və üfunətli böcəklər çox artdı. Onlar tərəfindən kənd təsərrüfatı məhsullarına dəyən zərərin miqyası da artıb” – deyə Qeronti Sivsivadze bildirdi.



Üfunətli böcəklə mübarizə aparmaq üçün dövlət pulsuz dərman yardımı etmir. Belə ki, yalnız üfunətli Asiya böcəyi ilə bağlı karantin elan olunub, digər növ üfunətli böcəklərin kütləvi zərər vurması faktı aşkarlanmayıb. Qeronti Sivsivadze deyir ki, bu halda Kənd Təsərrüfatı Nazirliyi Milli Ərzaq Agentliyi ilə birlikdə yalnız tövsiyələr verə və monitorinq apara bilərlər.

“Biz hansı dərmandan istifadə edilməsi barədə tövsiyələr verdik. Bir çoxu dərman aldı və dərmanladı. Biz iki-üç gün monitorinqlər apardıq. Kifayət qədər təsiri olub. Lakin hər zaman xəbərdarlıq edirik ki, həmin məhsulları istifadə etməsinlər. Ümumiyyətlə sağlamlığa pis təsir göstərməməsi üçün 8-10 gün gözləmək lazımdır” – deyə Qeronti Sivsivadze bildirdi.



Üfunətli Asiya böcəyi ən çox Qərbi Gürcüstanda qeydə alınıb ki, bu da sakinlərə ciddi ziyan vurub. Bu il üfunətli Asiya böcəyi ilə mübarizə üçün 50 milyon lariyədək vəsait ayrılıb.

 

Print Email
FaceBook Twitter Google
Bu kateqoriyaya aid digər xəbərlər