DİN Tbilisi Polis Departamentinin əməkdaşları odlu silahın və
mübarizə vasitələrinin qanuna zidd şəkildə əldə
edilməsi-saxlanılması-gəzdirilməsi ittihamı ilə “Gürcüstan Milli
Birliyinin” üzvü 1986-cı il təvəllüdlü Q.C.-nı saxlayıblar.
Cinayət 2 ildən 5 ilədək azadlıqdan məhrum etməni nəzərdə
tutur.
Cari ilin 31 avqustunda hüquq mühafizəçiləri istintaqa sosial
şəbəkədə “Gürcüstan Milli Birliyi” hərəkatının səhifəsində
yayımlanan video əsasında başlayıblar. Polis ittiham olunanların
evində aparılan axtarış nəticəsində müxtəlif növ silah və 28 güllə
maddi sübut kimi götürülüb. Hadisə ilə bağlı ekspertiza təyin
olunub.
İstintaq CM-nin 236-cı maddəsi ilə gedir. Həmin maddə odlu silahın
və mübarizə vasitələrinin qanuna zidd şəkildə əldə
edilməsi-saxlanılması-gəzdirilməsini nəzərdə tutur.