Prezident seçkiləri üçün partiyalar və müstəqil namizədlər
2018-ci ilin 1 avqustundan 11 sentyabra qədər ümumilikdə 770 146
lari dəyərində yardım alıblar.
Bu haqda Dövlət Audit Xidməti tərəfindən yayımlanan məlumatda
bildirilib.
Müəssisənin məlumatına görə, ən çox yardımı “Vahid Mİlli Hərəkat”
alıb. Yardım ümumilikdə 345 476 lari təçkil edib. Başqa partiyalar
və müstəqil namizədlər isə məlumata əsasən belə yardım alıblar –
“Avropalı Gürcüstan” 293 156 lari, Salome Zurabaşvili – 109 021
lari, Yeni siyasi mərkəz “Qirçi” – 8 943 lari, “Azad Demokratlar” –
8700 lari, Müki Platforma “Yeni Gürcüstan” – 2000 lari, “Azad
Gürcüstan” – 1791 lari, Hərəkat – Dövlət Xalq üçün – 400 lari,
“Milli Forum” – 350 lari, Müstəqil namizəd Kaxaber Jijinadze – 200
lari, “Gürcüstanın Vahid Kommunist Partiyası” isə 108 lari
dəyərində yardım əldə edib.