Avqust ayında ən çox yardımı “Milli Hərəkat” alıb

Prezident seçkiləri üçün partiyalar və müstəqil namizədlər 2018-ci ilin 1 avqustundan 11 sentyabra qədər ümumilikdə 770 146 lari dəyərində yardım alıblar.


Bu haqda Dövlət Audit Xidməti tərəfindən yayımlanan məlumatda bildirilib.

Müəssisənin məlumatına görə, ən çox yardımı “Vahid Mİlli Hərəkat” alıb. Yardım ümumilikdə 345 476 lari təçkil edib. Başqa partiyalar və müstəqil namizədlər isə məlumata əsasən belə yardım alıblar – “Avropalı Gürcüstan” 293 156 lari, Salome Zurabaşvili – 109 021 lari, Yeni siyasi mərkəz “Qirçi” – 8 943 lari, “Azad Demokratlar” – 8700 lari, Müki Platforma “Yeni Gürcüstan” – 2000 lari, “Azad Gürcüstan” – 1791 lari, Hərəkat – Dövlət Xalq üçün – 400 lari, “Milli Forum” – 350 lari, Müstəqil namizəd Kaxaber Jijinadze – 200 lari, “Gürcüstanın Vahid Kommunist Partiyası” isə 108 lari dəyərində yardım əldə edib.

 

Mənbə: İnterPressNews

 

Print