Avtomobilin idarəsi zamanı sürücünün marixuana təsiri altında olmasını müəyyən etmək mümkün olacaq

Avtomobilin idarəsi zamanı sürücünün marixuana təsiri altında olmasını müəyyən etmək mümkün olacaq və müvafiq yoxlama keçmək üçün onu narkoloji mərkəzə aparmağa ehtiyac qalmayacaq.


Qeyd olunan məsələ DİN-in marixuananın itifadəsi ilə bağlı Konstitusiya Məhkəməsi ilə işlədiyi məsələlərdən biridir.

Konkret olaraq Gürcüstana xüsusi testin gətirilməsindən söhbət gedir. Test vizual olaraq alkotestə oxşardır və patrul polis əməkdaşlarına paylanacaq.

Qeyri-rəsmi göstəricilərə əsasən şəxsin marixuana təsiri altında olmasını müəyyən edən testlərin Gürcüstana daxil edilməsi ilə bağlı gürcü tərəfi Almaniya ilə danışıqlar aparır.

Məlum olduğu kimi Konstitusiya Məhkəməsinin qərarı əsasında DİN marixuanadan istifadə ilə bağlı qanunverici dəyişikliklər hazırlayıb və hökumətə yaxın iclaslarda təqdim olunacaq.
Dəyişikliklərə əsasən ictimai məkanda marixuanadan istifadə ciddi tənzimlənəcək. İctimai yerlərdə hətta cərimələr də təyin olunacaq. Onun təsiri altında avtomobil idarə etmək isə cinayət məcəlləsi məsuliyyətinə cəlb olunmağa səbəb olacaq.

 

Print Email
FaceBook Twitter Google