Saxta pulun saxlanılması-dövriyyəyə buraxılması faktına görə üç nəfər məsuliyyətə cəlb olunub
Gürcüstan Maliyyə Nazirliyinin İstintaq Xidmətindən “İnterpresnyus”a verilən məlumata görə, xidmətin əməkdaşları saxta pulların saxlanılması- dövriyyəyə buraxılması faktına görə üç nəfəri məsuliyyətə cəlb edib.

Xidmətin məlumatına görə, istintaq nəticəsində aydın olub ki, müttəhimlər bir halda Tbilisi şəhərində 10 ədəd saxta 100 dollarlıq əsginas, iki halda isə Kutaisi və Zestafoni şəhərlərindəki aqrar bazarlarda və ticarət obyektlərində 7 ədəd saxta 50 dollarlıq əsginas və 3 ədəd 100 larilik əsginas dövriyyəyə buraxıblar.

Məsələ ilə bağlı Gürcüstan Cinayət Məcəlləsinin 212-ci maddəsinin birinci və ikinci hissələri istintaq davam edir. Həmin maddə 7 ildən 10 ilədək azadlıqdan məhrumetməni nəzərdə tutur.

Print Email
FaceBook Twitter Google