Tamar Jvaniyanın maaşı avqustda 20 min lariyə yaxın olub
Gürcüstanın Mərkəzi Seçki Komissiyasının sədri Tamar Jvaniyanın maaşı cari ilin avqustunda 19 550 lari olub. Bu haqda On.ge MSK-dan məlumat alıb.

2018-ci ilin avqustunda Jvaniyanın vəzifə gəliri 17 000 lari idi. Eyni zamanda əlavə olaraq 2550 lari alıb. Jvaniya keçən ilin avqustunda seçki dövrü olan zaman artırılmış maaşı və əlavə alıb, ancaq əlavə vergidən kənar bu məbləğ 12 774 lari idi.

MSK-dan On.ge-yə bildiriblər ki, bu il seçkilər bir avqustda təyin olunmuşdu keçən il isə - ayın ortasında. Maaş arasında fərq isə bu məqsədlə yaranıb.

Qeyd etmək lazımdır ki, keçən ilin oktyabrında Gürcüstanda yerli özünüidarəetmə seçkiləri olan zaman MSK-nın sədrinin maaşı 22 000 lariyə bərabər idi, onun yarısı isə əlavə olaraq verilib.

Gürcüstanın seçki məcəlləsinə əsasən seçki dövründə MSK və Seçki Dairə Komissiyasının üzvlərinə və rəhərinə maaş ikiqat verilir.
İllik göstəricilərə gəldikdə isə Jvaniyanın gəliri bəyannamədə və MSK-dan verilən məlumata görə belədir:
  1. 2018-ci il 9 ay — 90 950 lari;
  2. 2017-ci il 12 ay — 143 674 lari;
  3. 2016 –cı il 12 ay — 197 307 lari.

Mənbə: On

 

Print Email
FaceBook Twitter Google