Abxaziyada ilk əsginas buraxılıb

Abxaziyada ilk kağız pul (500 “Apsar” – 5 min rus rublunun ekvivalenti – təxminən 73 ABŞ dolları) çap olunub.

Rəsmi məlumata görə, banknot yubiley xarakterlidir və “Abxaziyanın vətən müharibəsində qələbəsinin 25 illiyinə” həsr olunub.

De-fakto respublikanın milli bankının sədri Beslan Baratelianın dediyinə görə, “İlk prezident Vladislav Ardzinbanın əks olunduğu ilk əsginas yalnız Abxaziya bankı üçün deyil, bütün respublika üçün tarixi hadisədir.”

Onun bildirdiyinə görə, banknot dövriyyəyə 2018-ci il sentyabrın 29-da buraxılacaq və onun tirajı 10 000 ədəddir.

 

Mənbə: Netgazeti

 

Print