Saimerlo kəndində 120 uşaq üçün nəzərdə tutulmuş uşaq bağçasının
tikinti işlərinin 40%-i tamamlanıb. Meriyadan “Marneuli” radiosuna
verilən məlumata görə, müqaviləyə əsasən işlər 10 dekabr 2018-ci
ilədək tamamlanmalıdır.
Lakin təlim-tərbiyə prosesinin nə zaman bərpa olunacağı məlum
deyil.
Saimerlo uşaq bağçasının tikinti sənədlərindən aydın olur ki, uşaq
bağçasının binasında dörd tam qrup bloku və digər köməkçi otaqlar
olacaq. İkinci mərtəbədə isə uşaq qrupları ilə birlikdə rəhbərliyin
otağı və idman/incəsənət tədbirləri üçün zal olacaq.
Bina məhdud fiziki imkanlı şəxslər üçün uyğunlaşdırılacaq.
Layihə yerli büdcədən maliyyələşdirilir və layihənin müqavilə
dəyəri 587 000 lari təşkil edir.
Uşaq bağçası açılanadək isə uşaqlar Saimerloda kəndindəki şəxsi evə
sığınacaqlar. Artıq iki ildir ki, uşaqlar həmin evdə təlim-tərbiyə
alırlar. Onlar bina qəzalı vəziyyətdə olduğu üçün köhnə uşaq
bağçasını tərk etməyə məcbur olmuşdular.
Mənbə: "Marneuli" Radiosu