Smit ailəsinin üç üzvünün qətlində ittiham olunan Malxaz Kobauri
Xada dərəsinə, hadizənin baş verdiyi yerə aparılaraq orada
dindirilə bilər.
Kobaurinin vəkili Aleksandre Kobaidzenin bildirdiyinə görə, müdafiə
tərəfi müttəhimin hadisə yerində dindirilməsini tələb edib.
Onun dediyinə görə, məsələ ilə bağlı müstəntiqin şifahi razılığı
artıq əldə olunub. Lakin müdafiə tərəfi yazılı razılığı
gözləyir.
“Kobaurini hadisə yerinə aparmağı və nəyin necə baş verdiyi
haqqında orada ifadə verməsini tələb etdik”, - deyə
Kobaidze bildirib.
Vəkilin bildirdiyinə görə, Kobauri Xada dərəsinə güman ki, 24
sentyabr tarixində aparılacaq.
Xatırladırıq ki, Malxaz Kobauriyə qarşı Gürcüstan Cinayət
Məcəlləsinin 109-cu maddəsinin 1-ci hissəsinin “q”, 2-ci hissəsinin
“b”, 3-cü hissəsinin “a” və “d” bəndləri (xüsusi amansızlıqla,
başqa cinayəti gizləmək məqsədilə, həddi buluğa çatmadığı
cinayətkara əvvəlcədən məlum olan şəxsi və iki nəfəri qəsdən
öldürmə) ilə ittiham irəli sürülüb.
19 yaşlı çoban Xada dərəsində amerikalı ər-arvad və onların 4 yaşlı
uşaqlarını qətlə yetirməkdə ittiham olunur.