Las-Veqas polisi Kriştianu Ronalduya qarşı zorlama ittihamı ilə istintaqa başlayıb

Las-Veqas polisi amerikalı Katrin Maiorqanı zorlamaqda ittiham edilən Kriştianu Ronalduya qarşı istintaqa başlayıb.


Müvafiq bəyanatı Las-Veqas polisi yayıb.

“The New York Times”ın məlumatına görə, Maiorqa Nevada Ştatı Məhkəməsinə Ronalduya qarşı şikayət ərizəsi ilə müraciət edib. Onun dediyinə görə, insident 2009-cu ilin iyun ayında baş verib. 2010-cu ildə isə Ronaldu ona məsələnin məhkəmə yolu ilə həll edilməməsi üçün 375 min dollar verib. Öz haqlılığını təsdiqləmək üçün Maiorqa, onunla Ronaldu arasında imzalanmış hüquqi sənədin bir hissəsini Almaniyanın Der Spiegel jurnalında yayımlayıb.

Ronalduya gəlincə isə o, bildirib ki, Katrin Mayorqa onun hesabına məşhurluq qazanmağa çalışır.

 

 

Print Email
FaceBook Twitter Google