Hökumət kəndə dəstək proqramının bərpasını planlaşdırır
Gürcüstanın Maliyyə nazirinin müavini Giorgi Kakauridzenin məlumatına görə, 2019-cu ildə kəndə dəstək proqramının bərpası planlaşdırılır.
Ancaq proqramın büdcəsi hələ dəqiqləşdirilməyib.

Kakauridzenin bəyanatına görə, bu məsələ ilə bağlı Regional İnkişaf və İnfrastruktur Nazirliyi çalışır.

"Nazirlik çalışır ki, bu proqram nəticəli olsun və indiyə kimi olduğu kimi olmasın" - o deyir.

Xatırladaq ki, hökumət kəndə dəstək proqramını 2016-cı ildə ləğv edib.

Mənbə: bm.ge
Print