İstintaq xidməti böyük miqdarda saxta pul saxlanılması – istifadəyə verməsi faktına dair Azərbaycan vətəndaşını saxlayıb
Gürcüstanın Maliyyə Nazirliyinin İstintaq Xidmətinin əməkdaşları aparılan operativ istintaq tədbiri nəticəsində böyük miqdarda saxta pulun saxlanılması-istifadə edilməsi faktına dair ittiham olunan şəxs qismində Azərbaycan Respublikasının vətəndaşını saxlayıb.

İstintaq ximdəti nəticəsində 61 700 ABŞ dolları dəyərində 617 ədəd saxta yüz dollarlıq əskinaz aşkarlanıb.

İşlə bağlı Gürcüstan CM-nin 212-ci maddəsinin ikinci hissəsi ilə istintaq gedir. Maddə cəza olaraq 7-dən 10 ilə qədər azadlıqdan məhrum edilməni nəzərdə tutur.

Mənbə: is.ge

Print Email
FaceBook Twitter Google