Prokurorluq Mirza Subeliani və Viktor Caparidzenin yeni qeydlərini yayımlayıb
15:19 / 16.10.2018
Gürcüstan baş prokurorluğu audio qeydlər yayımlayır. Müəssisənin
məlumatına görə Mirza Subeliani və deputat Viktor Caparidze qeyddə
danışırlar.
İstintaq müəssisəsindən bildirirlər ki, qeyd olunan audio qeydlər
2018-ci ilin 6 iyulunda yazılıb. İkinci söhbət baş tutana qədər
“Rustavi 2” efirdə qeydi 14 oktyabrda yayımlayıb.
Qeyddə Mirza Subeliani Viktor Caparidzeyə deyir ki, o, hər şey edər
və hakimiyyətə qarşı yalan bəyanatlar verməyə hazırdır:
“Deyəcəm ki, mənim Vanoya dair qeydlərim var, danışacam
ki, bütün səs-küylü işlərə görə, “Gürcü Arzusu” bal yazıb:
Tetradze, Navtluxi, oğrular – yalanla sizi xərcləyəcəm. Vecimə də
deyil...Onu deyəcəm ki, xaricdə sığortlanmışam. Hər şey
edərəm” – eşidilir qeyddə.
Prokurorluq tərəfindən yayılan qeydləri buradan dinləyin:
Rustavi 2 telekompaniyası 2 və 14 oktyabrda gizli qeydlər
yayımlayıb. Qeydlər həbsxanada yazılıb. Tele kanalın məlumatına
görə, qeyddə Xorava küçəsində baş veriş işlə bağlı cinayətin xəbər
verilməməsi üçün saxlanılan prokurorluğun keçmiş vəzifəli şəxsi
Mirza Subeliani, Gürcü Arzusunun Mestiyadan olan deputatı Viktor
Caparidze və Qaçqınlar nazirliyinin və Baş Müfəttişliyin keçmiş
məmuru. Davit Tsuxişvili danışır.
Tele kanalın məlumatına görə, qeydlərdən məlum olur ki, ona qarşı
hakimiyyətin hərəkətindən narazıdır və idarəçi elitaya qarşı olan
kompromislərdən haqqında danışır. Eləcə də söhbət eşidilir ki,
hakimiyyətlə razılaşıb və neçə il həbsxanada oturacağını bilir.
“Rustavi 2” bildirir ki, qeydlər yenidir, praktiki olaraq bir neçə
həftənindir. Çünki söhbət əsnasında bir neçə dəfə “Omega Qrupun”
təsisçisi Zaza Okuaşvilini xatırlayırlar və hakimiyyət onu məhz bir
neçə həftə bundan əvvəl biznesreketdə günahlandırıb.
Söhbətin iştirakçısı “Gürcü arzusunun üzvü olan” Viktor Caparidze
Netgazetiyə müsahibəsi zamanı təsdiq edib ki, Subeliani ilə
həbsxanada neçə dəfə görüşüb ancaq onun danışdığını ciddi hesab
etməyib.
Gürcüstanın baş prokurorluğu 15 oktyabrda bildirib ki, istintaq
həbsdə olan şəxsin şəxsi söhbətinin icazəsiz yazılması və vəzifə
səlahiyyətini aşmaq maddəsi ilə başlayıb. Bundan əlavə istintaq
“davamlı olaraq onların gələcəkdə yayımlaması məqsədi
ilə şəxslər tərəfindən konkret məzmunlu söhbətlərin təşkil edilməsi
versiyasını müzakirə edəcək”.