Prokurorluq Mirza Subeliani və Viktor Caparidzenin yeni qeydlərini yayımlayıb
Gürcüstan baş prokurorluğu audio qeydlər yayımlayır. Müəssisənin məlumatına görə Mirza Subeliani və deputat Viktor Caparidze qeyddə danışırlar. İstintaq müəssisəsindən bildirirlər ki, qeyd olunan audio qeydlər 2018-ci ilin 6 iyulunda yazılıb. İkinci söhbət baş tutana qədər “Rustavi 2” efirdə qeydi 14 oktyabrda yayımlayıb.

Qeyddə Mirza Subeliani Viktor Caparidzeyə deyir ki, o, hər şey edər və hakimiyyətə qarşı yalan bəyanatlar verməyə hazırdır:

“Deyəcəm ki, mənim Vanoya dair qeydlərim var, danışacam ki, bütün səs-küylü işlərə görə, “Gürcü Arzusu” bal yazıb: Tetradze, Navtluxi, oğrular – yalanla sizi xərcləyəcəm. Vecimə də deyil...Onu deyəcəm ki, xaricdə sığortlanmışam. Hər şey edərəm” – eşidilir qeyddə.

Prokurorluq tərəfindən yayılan qeydləri buradan dinləyin:



Rustavi 2 telekompaniyası 2 və 14 oktyabrda gizli qeydlər yayımlayıb. Qeydlər həbsxanada yazılıb. Tele kanalın məlumatına görə, qeyddə Xorava küçəsində baş veriş işlə bağlı cinayətin xəbər verilməməsi üçün saxlanılan prokurorluğun keçmiş vəzifəli şəxsi Mirza Subeliani, Gürcü Arzusunun Mestiyadan olan deputatı Viktor Caparidze və Qaçqınlar nazirliyinin və Baş Müfəttişliyin keçmiş məmuru. Davit Tsuxişvili danışır.

Tele kanalın məlumatına görə, qeydlərdən məlum olur ki, ona qarşı hakimiyyətin hərəkətindən narazıdır və idarəçi elitaya qarşı olan kompromislərdən haqqında danışır. Eləcə də söhbət eşidilir ki, hakimiyyətlə razılaşıb və neçə il həbsxanada oturacağını bilir.
“Rustavi 2” bildirir ki, qeydlər yenidir, praktiki olaraq bir neçə həftənindir. Çünki söhbət əsnasında bir neçə dəfə “Omega Qrupun” təsisçisi Zaza Okuaşvilini xatırlayırlar və hakimiyyət onu məhz bir neçə həftə bundan əvvəl biznesreketdə günahlandırıb.

Söhbətin iştirakçısı “Gürcü arzusunun üzvü olan” Viktor Caparidze Netgazetiyə müsahibəsi zamanı təsdiq edib ki, Subeliani ilə həbsxanada neçə dəfə görüşüb ancaq onun danışdığını ciddi hesab etməyib.

Gürcüstanın baş prokurorluğu 15 oktyabrda bildirib ki, istintaq həbsdə olan şəxsin şəxsi söhbətinin icazəsiz yazılması və vəzifə səlahiyyətini aşmaq maddəsi ilə başlayıb. Bundan əlavə istintaq “davamlı olaraq onların gələcəkdə yayımlaması məqsədi ilə şəxslər tərəfindən konkret məzmunlu söhbətlərin təşkil edilməsi versiyasını müzakirə edəcək”.

Mənbə: Netgazeti
Print