Audit: Valyuta riski dövlət borcunun əsas riski olaraq qalır
Dövlət Audit xidməti dövlət borcu portfelini valyuta riskləri arasında qeyd edib.
2019-cu ilin dövlət büdcəsi layihəsinin audit xidmətinin nəticəsində yazılıb ki, “xarici borcun bir hissəsinin az miqdarda azaldılmasına baxmayaraq valyuta riski keçən illərə oxşar olaraq yenə də dövlət borcunun portfelinin əsas riski olaraq qalmaqdadır”.

“Valyuta kursunun dəyişikliyi dövlət borcunun qalığına və eləcə də büdcə ili ərzində xarici borc xidməti xərclərinin artmasına da təsir göstərir. Konkret olaraq 2018-ci ilin büdcə qanununun təsdiqlənməsindın sonra 2018-ci ilin 31 avqustuna görə mövcud olan dövlət borcunun qalığı 211 mln lari dəyərində artıb. Nəticədə valyuta kursunun dəyişikliyi nəticəsində yaranan gözlənilən mənfi nəticələrin minimallaşdırılması məqsədyönlüdür.Qeyd olunan istiqamətdə yanaşmalardan biri kimi dövlər borcu portfelinin xarici borcunun hissəsinin azaldılması müzakirə olunur. Bunun üçün ölkədə inkişaf etmiş ev kredit bazarı olmalıdır” – deyilir Audit xidmətinin nəticəsində.

Xatırladaq ki, Milli Bankın son göstəriciləri ilə 1 ABŞ dolları 2,67 lari dəyərindədir.

Mənbə: bm.ge
Print Email
FaceBook Twitter Google