Prezident seçkilərində Giorgi Marqvelaşvili kimə səs verəcək?
Gürcüstan prezidenti Giorgi Marqvelaşviliyə bu gün baş tutan mətbuat konfransında prezident seçkilərində kimə səs verəcəyinə dair sual veriblər.
Giorgi Marqvelaşvilinin sözlərinə görə, o, öz torpağı-suyunun qorunması qərarında dəqiq olan Gürcüstana səs verəcək.

“Mən öz qərarlarında dəqiq olan, 5-10-15 il bundan əvvəl olduğu kimi torpağını-suyunu qoruya biləcək Gürcüstana səs verəcəm. Daxil olan və vətənimizi işğal edən düşməni məhv etsin; Bizim vətəndaşların mühafizəsinin və bu vətəndə qürurla yaşamasının qayğısına qalsın; Bəşəriyyətin mədəniyyətinin və ruhunun beşiyi ola bilsin. Amma bu ölkənin var olması üçün bizim hərbçilərimiz biz siyasətçilərin onlara verdyi dəqiqliklə möhkəm olmalıdırlar. Bilməlidirlər ki, vətəni qorumaq ən böyük dəyərdir və heç vaxt tökülən heç bir gürcü qanının damlası boş yerə axmır və sual altına qoyula bilməz” – bildirib Giorgi Marqvelaşvili.

Mənbə: Netgazeti
Print Email
FaceBook Twitter Google