Marneuli meriyası Sadaxlı, Xuldərə və Mollaoğlu kəndlərində daxili
yollara çınqıl tökülməsi üçün 34 989 lari dəyərində tender elan
edib.
Hər üç kənddə ümumilikdə 9 850 kv.m. yola çınqıl töküləcək.
Sadaxlıda 2 000 kv.m., Xuldərədə 6 500 kv.m. Mollaoğluda isə 1 350
kv.m. yola çınqıl töküləcək.
Meriya tərəfindən elan yayımlanmış xəritədən aydın olur ki,
Sadaxlıda çınqıl töküləcək yol 6 ailəyə gedir.
Xuldərədə çınqıl töküləcək
yollardan biri üç evə gedir, digər iki küçədə isə evlərin sayı
çoxdur.
Mollaoğluda çınqıl töküləcək yola
gəlincə isə, bu yol yalnız bir evə gedir.
Tender ötən gün, 15 oktyabr
tarixində başa çatıb və tenderdə yalnız bir şirkət – “Oniks Plyus”
birliyi iştirak edib. “Oniks Plyus” Marneuli bələdiyyəsinə
yuxarıdakı işləri 27 992 lariyə həyata keçirməyi təklif edib.
Hal-hazırda tender şərtlərinin müzakirəsi davam edir.
Tenderə əsasən, daxili yollara çınqıl tökülməsi işləri müqavilə
bağlandıqdan sonra 20 gün ərzində tamamlanmalıdır.