Marneuli meriyası Xojorni kəndində birləşdirilmiş mini futbol və
basketbol meydançasının yaradılması işlərinin həyata keçirilməsi
üçün elan etdiyi tenderdə qalib müəyyənləşib.
Meriyanın elan etdiyi tenderin ümumi dəyəri 67 150 lari idi.
Tenderdə yalnız bir şirkət “İntertexnoloq” MMC iştirak edib.
“İntertexnoloq” MMC Xojornidə meriyaya mini futbol və basketbol
meydançasını 64 101 lariyə tikməyi təklif edib.
Tender komissiyası “İntertexnoloq” MMC-ni qalib sayıb və yaxın
günlərdə müqavilə bağlanacaq.
Tendermonitor.ge saytında olan məlumata görə,
“İntertexnoloq” MMC ümumilikdə 274 tenderdə iştirak edib, bunlardan
72%-də uduzub, 23%-də qalib gəlib, 3% baş tutmayıb, 2% isə davam
edməkdədir.