9 ay ərzində Gürcüstan vətəndaşları xaricdə bank kartları ilə 1,2 milyard lari xərcləyiblər
2018-ci ilin yanvar-sentyabr aylarında Gürcüstan vətəndaşları xaricdə bank kartları ilə 1 249 674 000 lari xərcləyiblər. Bu isə 30,5% keçən ilin analoji dövrü ilə müqayisədə çoxdur.

Gürcüstanın Milli bankının göstəricilərinə əsasən 2017-ci ilin yanvar-sentyabrında bu xərc 956 934 000 larini təşkil edib. 2018-ci ilin sentyabrında isə gürcü bank kartları ilə xaricdə 152 089 000 lari xərclənib. Keçən illə müqayisədə isə bu 34 942 000 lari çoxdur.

2017-ci ilin sentyabrında rezidentlər tərəfindən xaricdə xərclənən məbləğin həcmi 117 147 000 larini təşkil edib. Belə ki, Gürcüstan Milli Bankının göstəricilərinə əsasən sentyabrda rezident bank kartları ilə bankomatla 32 363 000 lari dəyərində əskinasların, terminallarla və internetlə 119 727 000 lari dəyərində məbləğin əməliyyatı həyata keçirilib.

Mənbə: BPN
Print Email
FaceBook Twitter Google