Ləmbəli kəndindən qaçırılmış yetkinlik yaşına çatmamış qızı polis tapıb
Ləmbəli kəndindən qaçırılmış yetkinlik yaşına çatmamış qızı polis altıncı gün tapıb. DİN-in məlumatına görə, qaçırılmış qızı Marneuli bələdiyyəsinin Candar kəndində tapıblar. Müəssisənin məlumatına görə, qızın sağlamlığına dair təhükə yoxdur. Onların sözlərinə görə, qızla psixoloqlar çalışır və bundan sonra onunla psixoloq və vəkil qarşısında sorğu aparacaqlar.

İstintaq və yetkinlik yaşına çatmamış şəxsin maraqlarından dolayı müəssisə əlavə detallar haqqında danışmır. 17 yaşlı yeniyetmə 12 oktyabrda qaçırılıb. Ailə üzvlərinin məlumatına gör, 17 yaşlı qız 20 yaşlı oğlan tərəfindən evlənmək məqsədi ilə qaçırılıb.

TV birinci kanalla söhbət zamanı güman edilən qaçıran ailə üzvləri bildirirlər ki, qaçırılmaq haqqında onların məlumatı yox imiş və bu faktı dəstəkləmirlər. Qaçırılanın ailə üzvləri isə bildirirlər ki, qızı evə qaytarmaq istəyirlər ki, təhsilini davam etdirsin. Onların dediyinə görə, kənddə yayılmış adətə görə qızın tam təhsil almaq hüququnu əlindən almayacaqlar.

İşlə bağlı istintaq CM-nin 143-cü maddəsinə əsasən gedir. Maddə azadlıqdan qanunsuz məhrum edilmıni nəzərdə tutur. Cinayət ikidən dörd ilə qədər həbs cəzasını nəzərdə tutur.

Mənbə: On
Print Email
FaceBook Twitter Google