Sentyabr ayında Rusiyadan göndərişlərin sayı azalıb
2018-ci ilin sentyabr ayında Gürcüstana təqribən 342 mln lari göndəriş olub. Milli Bankın məlumatına görə, pul göndərişləri keçən ilin sentyabrı ilə müqayisədə 5,6% artıb.

Göndərişlərə əsasən sonrakı ölkələr liderlik edir:

Rusiya – 37.70 mln ABŞ dolları
İtaliya – 16.42 mln ABŞ dolları
ABŞ – 14.20 mln ABŞ
Yunanıstan – 14.17 mln ABŞ dolları
İsrail – 12.50 mln ABŞ dolları


Buna baxayaraq ki, Gürcüstana pul göndərilən ölkələrə əsasən Rusiya liderlik edir, pul göndərişlərində Rusiyanın hissəsi yavaş-yavaş azalır.

Avropa İttifaqının ölkələrindən cari ilin sentyabrında 46 mln ABŞ dollarından çox pul göndərilib. Rusiyadan isə göndərişlərin sayı təqribən 37 mln ABŞ dollarıdır. Əgər bu göstəriciləri keçən ilin sentyabr ayı ilə müqayisə etsək görərik ki, 2017-ci ilin həmin dövründə Rusiya Federasiyasından təqribən 40 mln ABŞ dolları daxil olub.

Mənbə: Netgazeti
Print Email
FaceBook Twitter Google